Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb - YENİLƏNİB

Lerikdə avtomobil dərəyə aşıb,  biri azyaşlı olmaqla 2 nəfər ölüb - YENİLƏNİB
# 22 fevral 2020 14:06 (UTC +04:00)

Lerikdə baş verən yol qəzasında ölən və yaralanların adları məlum olıub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun ucqar dağ kəndi olan Orandda 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi "UAZ" markalı avtomobil aşıb.

Hadisə yerində sərnişinlər arasında olan 4 azyaşlıdan biri, 2018-ci il təvəllüdlü Hüseyn Rəhimzadə Xəqani oğlu dünyasını dəyişib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Elnarə Hacıbaba qızı Rəhimli, 2012-ci il təvəllüdlü Zəhra Xəqani qızı Rəhimli, 2016-cı il təvəllüdlü Nigar Xəqani qızı Rəhimli və 2017-ci il təvəllüdlü Hüseynəli Faiq oğlu Rəhimli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov xəstəxananın reanimasiya şöbəsində ölüb.

Sürücü M.Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində ölən və yaralananlar Orand kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

***

saat 12:44

Lerikdə avtomobil dərəyə yuvarlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Orandda qeydə alınıb. Mail Rəhimovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə aşıb. Nəticədə ilkin məlumata görə, hadisə yerində sərnişinlər arasında olan azyaşlı dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Digər yaralılar isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Maşının idarəetmədən çıxmasına səbəb kimi yolun qarla örtülü olması göstərilirr.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR