Lerikdə avtomobil dərəyə aşıb, ölən var

Lerikdə avtomobil dərəyə aşıb, ölən var
# 26 dekabr 2020 16:45 (UTC +04:00)

Lerikdə baş verən yol qəzasında bir nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Durğan kənd sakini, 1968-ci il təvəllüdlü Əliheydər Eyvazovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə yuvarlanıb.

Qəza nəticəsində Ə.Eyvazov hadisə yerində dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR