Lerikdə maşın dərəyə yuvarlanıb, 3 nəfər ölüb - YENİLƏNİB-1 - FOTO

Lerikdə maşın dərəyə yuvarlanıb, 3 nəfər ölüb - YENİLƏNİB-1 - FOTO
# 02 iyul 2020 10:26 (UTC +04:00)

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

***

saat 10:14

Lerikdə baş verən qəzada yaralanan 2 nəfərdən biri uşaqdır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.

Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.

***

saat 09:33

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR