Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb - FOTO

Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb - FOTO
  • Clock-gray 11:11
  • calendar-gray 04 İyul 2020

Lənkəranda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonu Balıqçılar qəsəbəsinin sakini Mirhəbib Nurullayev saxlanılıb. M.Nurullayevin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 40-180 santimetr hündürlüyündə 19 ədəd olmaqla 11 kiloqram 870 qram çəkidə çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər