Lənkəran sakinindən narkotik götürülüb

Lənkəran sakinindən narkotik götürülüb
# 05 noyabr 2020 12:15 (UTC +04:00)

Lənkəran şəhər sakini narkotik vasitə ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR