Lənkəran sakinindən narkotik və silah götürülüb

Lənkəran sakinindən narkotik və silah götürülüb
# 28 noyabr 2019 13:30 (UTC +04:00)

Lənkəran sakininin evindən və maşınından narkotik və silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 255 qram, yaşadığı evə baxış zamanı isə 9 kiloqram 266 qrama yaxın marixuana götürülüb. Bundan başqa, onun evində 1 ədəd müvafiq sənədləri olmayan ”İJ-58” markalı ov tüfəngi, 4 ədəd patron aşkarlanıb.

Polis əməkdaşları tərəfindən Ş.Əsgərovun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilib. Narkotiklərin qanunsuz dövriyyəsində ona vasitəçilik etməkdə şübhəli bilinən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR