Lənkəran və Biləsuvarda karantin qaydalarını pozan şəxslər aşkarlanıb

Lənkəran və Biləsuvarda karantin qaydalarını pozan şəxslər aşkarlanıb
  • Clock-gray 12:11
  • calendar-gray 31 Mart 2021

Karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Lənkəran şəhər sakini C.Əliyevin karantin rejimi qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək Astara rayonuna getdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Biləsuvarda isə karantin rejim qaydalarını pozaraq yas mərasimi təşkil edən şəxs cərimələnib. Belə ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi təşkil etdiyi müəyyən edilib. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən karantin rejiminin qaydaları və tələbləri orada olan şəxslərin diqqətinə çatdırılıb. M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

Tural Kərimov

Digər xəbərlər