Lənkəranda 10 yerdən oğurluq edən şəxs tutulub

Lənkəranda 10 yerdən oğurluq edən şəxs tutulub
# 15 mart 2021 12:29 (UTC +04:00)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yerdən oğurluq etməklə vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran rayon sakini saxlanılıb.

Daxil İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran rayonunun Şilavar kənd sakini S. Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Aparılan araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımov saxlanılıb.

Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

M. Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR