Lənkəranda 2000 manatlıq sitrus meyvələri oğurlayan şəxslər saxlanılıb

Lənkəranda 2000 manatlıq sitrus meyvələri oğurlayan şəxslər saxlanılıb
  • Clock-gray 16:28
  • calendar-gray 25 Noyabr 2020

Lənkəranda ayrı-ayrı şəxslərə məxsus təsərrüfatlardan dəyəri ümumilikdə 2000 manatdan artıq olan sitrus meyvələrini oğurlayan rayon sakinləri saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran rayonunun Tütəpeştə kəndi ərazisində yerləşən S. Salayevə məxsus təsərrüfatdan dəyəri 900 manat olan 3000 ədəd limon meyvələrinin oğurlanması ilə bağlı polisə müraciət edilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri Fərid Hüseynzadə və Azər Əlizadə olduqları müəyyən olunub və həmin şəxslərin digər bu kimi əməlləri də aşkarlanıb. Belə ki, F.Hüseynzadə və A.Əlizadənin rayon ərazisində əlavə olaraq daha 2 təsərrüfatdan ümumilikdə 1110 manat dəyərində 2000 ədəd limon, 500 kiloqram naringi və 200 kiloqram portağal meyvələrini oğurladıqları məlum olub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər