Lənkəranda avtomobilin vurduğu piyada ölüb - FOTO

Lənkəranda avtomobilin vurduğu piyada ölüb - FOTO
  • Clock-gray 13:20
  • calendar-gray 19 Sentyabr 2020

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı "VAZ-2104" markalı avtomobil ilə Veravul kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanovu vurub.

Çoxsaylı sınıq xəsarətləri alan yaralını sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər