Lənkəranda avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Lənkəranda avtomobilin vurduğu piyada ağır xəsarət alıb
# 24 dekabr 2019 20:48 (UTC +04:00)

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında "Kürə" kimi tanınan ərazidə baş verib.

Rayonun Xolmili kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Viyən kənd sakini, 1962-ci il təvəllüdlü Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub. Ağır yaralanan piyadanı sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralı hazırda koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR