Lənkəranda avtoqəzada yanaraq ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1

Lənkəranda avtoqəzada yanaraq ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1
# 20 yanvar 2020 12:52 (UTC +04:00)

Lənkəran rayonu ərazisində baş verən yol qəzasında yanaraq ölən şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, “Volvo” və “QAZel” markalı yük avtomobillərinin toqquşması nəticəsində baş verən yanğında ölən şəxs Cəlilabad rayon Alar kəndinin sakini, 1983-cü il təvəllüdlü Rasif Nabatəli oğlu Əzizovdur.

***

11.48

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən yol qəzası barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Girdəni kəndində “Volvo” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub.

Hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

09.49

Lənkəranda iki yük maşını toqquşub, ölən və yaralanan var.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən ərazisində Rusiya vətəndaşına məxsus "Volvo" ilə "QAZel" markalı yük maşınları toqquşub. Nəticədə "QAZel" markalı yük maşını alışıb və hələlik kimliyi məlum olmayan Cəlilabad sakinlərindən biri yanaraq ölüb, digəri yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə və Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları cəlb olunub. Vəfat etmiş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov isə TTSTY-nin "113" xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR