Lənkəranda dörd qardaşdan narkotik götürülüb

Lənkəranda dörd qardaşdan narkotik götürülüb
  • Clock-gray 12:03
  • calendar-gray 05 Oktyabr 2020

Lənkəranda narkotik vasitə ilə saxlanılan şəxsin 3 qardaşının da evlərindən narkotik vasitələr götürülüb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş F.İbrahimovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 3 qardaşının evlərində narkotik vasitə saxlamaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə onun qardaşları Xəlilin evindən 89 qrama yaxın metamfetamin, Rəsulun evindən 805 qramdan artıq heroin, Vidadinin evindən isə 235 qramdan artıq tiryək və 580 qram marixuana aşkar edilərək götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər