Lənkəranda evdən 2 kq narkotik götürülüb

Lənkəranda evdən 2 kq narkotik götürülüb
# 29 mart 2021 12:03 (UTC +04:00)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR