Lənkəranda gənc oğlan bıçaqlanıb

Lənkəranda gənc oğlan bıçaqlanıb
# 04 dekabr 2019 22:53 (UTC +04:00)

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aqil Baloğlan oğlu Səfərov kürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti orta ağır olan yaralının əməliyyatı davam edir.

Hadisənin kim tərəfindən törədildiyi və səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR