Lənkəranda itkin düşmüş yeniyetmə tapılıb - YENİLƏNİB

Lənkəranda itkin düşmüş yeniyetmə tapılıb - YENİLƏNİB
  • Clock-gray 01:01
  • calendar-gray 24 Yanvar 2021

Lənkəranda itkin düşmüş 2007-ci il təvəllüdlü Burxan Cəfərov yaşadığı Zövlə kəndinin girəcəyində yolun kənarındakı yarımtikilidə tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, qorxduğu üçün səsini çıxarmayan yeniyetmənin axtarışları bir neçə saat davam edib.

Onun üzərində hər hansı bir zorakılıq əlamətləri olmayıb, sağlamlığına dair ciddi təhlükə yoxdur.

***

Saat 23:47

23 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

APA xəbər verir ki, müraciətlə əlaqədar FHN-in müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Hazırda axtarışlar B.Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı və ora yaxın ərazilərdə aparılır.

Əlavə məlumat veriləcək.

Tural Kərimov

Digər xəbərlər