Lənkəranda karantin rejiminin tələblərini pozan çay evi aşkarlanıb

Lənkəranda karantin rejiminin tələblərini pozan çay evi aşkarlanıb
# 18 dekabr 2020 12:49 (UTC +04:00)

Lənkəranda karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı rayonun Kərgəlan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlayıb. Həmin obyekti işlədən Kərgəlan kənd sakini T.Rzayev və 5 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. T.Rzayev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Digərləri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR