Lənkəranda mağazaya saxta pul verən şəxs tutulub

Lənkəranda mağazaya saxta pul verən şəxs tutulub
# 16 dekabr 2019 12:56 (UTC +04:00)

Lənkəranda mağazaya saxta pul verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 14-də Lənkəran şəhərindəki marketlərin birində alış-veriş edən şəxsin 100 manatlıq saxta əskinas verməsi barədə Lənkəran ŞRPŞ-yə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası verməkdə şübhəli bilinən şəhər sakini A.Rəcəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi N.Əliyevlə birgə başqa bir mağazadan da alış-veriş müqabilində 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR