Lənkəranda mikroavtobus velosipedçini vurub

Lənkəranda mikroavtobus velosipedçini vurub
# 07 fevral 2020 11:29 (UTC +04:00)

Lənkəranda velosiped yük mikroavtobusu ilə toqquşub, nəticədə 50 yaşlı kişi xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Gərmətük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Cəmil Əjdər oğlu Məmmədov velosipedlə işə gedərkən Aşağı Nüvədi kəndi ərazisində Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Samir Şahsuvar oğlu Cavadovun idarə etdiyi "Ford" markalı yük mikroavtobusu tərəfindən vurulub. C.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qapalı kəllə-beyin travması, bazu sümüyünün sınığı diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR