Lənkəranda oğluna toy etmək istəyən şəxs cərimələnib

Lənkəranda oğluna toy etmək istəyən şəxs cərimələnib
# 26 dekabr 2020 13:01 (UTC +04:00)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıb. Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR