“Magic Tours - Massage Center”in fəaliyyəti dayandırılıb - VİDEO

“Magic Tours - Massage Center”in fəaliyyəti dayandırılıb - VİDEO
# 05 avqust 2020 18:17 (UTC +04:00)

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq, fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR