Manaf Ağayev polisə çağırılıb - RƏSMİ

Manaf Ağayev polisə çağırılıb - RƏSMİ
# 21 fevral 2020 18:42 (UTC +04:00)

Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Bu barədə APA-ya BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Xatırladaq ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR