Marneulidə ərzaq mağazası qarət olunub

Marneulidə ərzaq mağazası qarət olunub
  • Clock-gray 13:54
  • calendar-gray 31 Mart 2020

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Qızılhaclı kəndində ərzaq mağazası qarət olunub. APA-nın yerli bürosu xəbər verir ki, mağazadan çoxlu sayda ərzaq oğurlanıb. Dəyən zərərin həcmi hələlik məlum deyil.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsindən sonra Marneuli və Bolnisidə bəzi ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınıb.

Səid Babazadə

Digər xəbərlər