Masallı, Cəlilabad və Astarada yaşayış yerlərini tərk edən koronavirus xəstələri müəyyən edilib

Masallı, Cəlilabad və Astarada yaşayış yerlərini tərk edən koronavirus xəstələri müəyyən edilib
# 11 dekabr 2020 11:50 (UTC +04:00)

Masallı, Cəlilabad və Astarada polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 5 sakinin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı rayon sakini Z.Rəhimov, Cəlilabad rayon sakinləri Y.Şirəliyev və F.Ağayev, Astara rayon sakinləri N.İsmayılova və Ə.Əkbərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR