Masallı sakinini maşın vuraraq öldürüb

Masallı sakinini maşın vuraraq öldürüb
# 07 fevral 2020 11:33 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 6-da saat 18 radələrində Masallı rayonunun Səmidxan kəndi ərazisində Lənkəran şəhər sakini C.Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qodman kənd sakini Təhmasib Həşimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR