Masallı və Cəlilabadda yaşayış yerini tərk etmiş daha 5 nəfər koronavirus daşıyıcısı aşkarlanıb

Masallı və Cəlilabadda yaşayış yerini tərk etmiş daha 5 nəfər koronavirus daşıyıcısı aşkarlanıb
  • Clock-gray 10:52
  • calendar-gray 27 Noyabr 2020

Masallı və Cəlilabadda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 5 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı rayon sakinləri S.Mehdiyev, L.Kərimov, Ə.Əkbərov, Cəlilabad rayon sakinləri S.Yüzbaşov və M.Əbülhəsənova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar müxtəlif ərazilərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər