Masallıda ev yanıb, ölən var

Masallıda ev yanıb, ölən var
  • Clock-gray 10:09
  • calendar-gray 03 Fevral 2021

Masallı rayonunun Mollaoba kəndində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və 1-ci mərtəbəsində (qaraj kimi istifadə olunur) ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

apa-logo-mini

Digər xəbərlər