Masallıda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib

Masallıda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib
# 08 iyul 2020 09:35 (UTC +04:00)

Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb. Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR