Masallıda narkotik satan şəxslər tutulub - FOTO

Masallıda narkotik satan şəxslər tutulub - FOTO
# 10 mart 2021 11:16 (UTC +04:00)

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Hüseynli saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan torbada 1 kiloqram 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddənin əldə olunmasında onunla əlbir olan Bakı şəhər sakini E.Abasov və Masallı rayon sakini Y.Babayev də saxlanılıb. Y.Babayevin üzərindən 20 qrama yaxın metamfetamin, E.Abasovdan isə 3 qramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR