Masallıda poçt şöbəsindən seyf oğurlayanlar saxlanılıb

Masallıda poçt şöbəsindən seyf oğurlayanlar saxlanılıb
  • Clock-gray 10:49
  • calendar-gray 08 Aprel 2021

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, gecə saatlarında Masallı rayonunun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib. Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər