Masallıda qanunsuz ov edənlər saxlanılıb

Masallıda qanunsuz ov edənlər saxlanılıb
# 18 fevral 2021 10:28 (UTC +04:00)

Masallıda qanunsuz ov edənlər saxlanılıb.

Bu barədə APA-nın cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Qızılağac kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakinləri F.Əzizov, Ş.Əzizov, T.İbrahimov, Ə.Əliyev, Ş.Əliyev saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 22 ədəd çöl quşu aşkar edilib.

F.Əzizov və Ş.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Digər 3 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR