Masallıda tövlədən 5 kq-dan artıq narkotik aşkarlanıb

Masallıda tövlədən 5 kq-dan artıq narkotik aşkarlanıb
  • Clock-gray 09:50
  • calendar-gray 09 Yanvar 2021

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 18 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq C. Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kiloqram 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər