Masallıda velosipedçinin ölümü ilə nəticələnən avtoqəza baş verib

Masallıda velosipedçinin ölümü ilə nəticələnən avtoqəza baş verib
# 23 iyul 2020 23:09 (UTC +04:00)

Masallıda 38 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Mahir Nurəddin oğlu Vəlizadənin idarə etdiyi 10-BJ-047 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobiə yolun kənarında olan velosipedçi, 1982-ci il təvəllüdlü Elnur Nəhmət oğlu Zülfüqarovu vurub. E.Zülfüqarov ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR