Masallıda yol hərəkətinin təhlükəsizliyinə dair təlim keçirilib - FOTO

Masallıda yol hərəkətinin təhlükəsizliyinə dair təlim keçirilib - FOTO
# 21 fevral 2020 16:24 (UTC +04:00)

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 20 fevral 2020-ci il tarixində Bakı-Astara magistral avtomobil yolunun 140-cı kilometrliyində Baş Dövlət Yol Polisi idarəsinin Yol patrul xidməti alayının 11-ci tağımının ərazisində (Masallı rayonunda) təlim təşkil olunub.

Fövqaladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, təlimə FHN-in Cənub Regional Mərkəzinin 1 ədəd xüsusi təyinatlı texnikası və 1 ədəd avtomobili, Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 1 ədəd xüsusi təyinatlı texnikası, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 4 ədəd xüsusi təyinatlı avtomobili, Lənkəran Şəhər-Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin 1 ədəd avtomobili, Masallı Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin 1 ədəd avtomobili, Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lənkəran məntəqəsinin 1 ədəd təcili tibbi yardım avtomobili, Masallı məntəqəsinin 1 ədəd təcili tibbi yardım avtomobili və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının Regional məntəqəsinin 113 xidmətinin 1 ədəd təcili tibbi yardım avtomobili və ümumlikdə 60 nəfər canlı qüvvə cəlb edilib.

Təlim zamanı nəqliyyatda baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR