Masallıda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Masallıda yol qəzasında 1 nəfər ölüb, 4  nəfər xəsarət alıb - YENİLƏNİB
# 08 fevral 2021 12:12 (UTC +04:00)

Masallıda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ötən gün Masallı rayonunun Təklə kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində xəsarət alan, 1962-ci il təvəllüdlü Əhliman Kərimov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

***

7 fevral, saat 21:53

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 5 nəfər - sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova, 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR