Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
  • Clock-gray 07:04
  • calendar-gray 21 Yanvar 2021

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA-nın xəbərinə görə, qəza 8-ci kilometr qəsəbəsində qeydə alınıb. 

1988-ci il təvəllüdlü Əzizov Hüseyn Əziz oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı bədənin çoxsaylı sınıq və əzik yaraları ilə xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.

 

Nurlan Əli

Digər xəbərlər