Məhkəmə-Hüquq Şurası: Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib

Məhkəmə-Hüquq Şurası: Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib
# 01 mart 2021 15:36 (UTC +04:00)

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.

Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, bu barədə Şuranın bu gün keçirilən iclasında bildirilib.

Məlumata görə, fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR