Məhkəmə külli miqdarda dələduzluqda ittiham olunan şəxsə bəraət verib

Məhkəmə külli miqdarda dələduzluqda ittiham olunan şəxsə bəraət verib
# 14 yanvar 2020 09:23 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirli bilinən Aydın Aslanovun barəsində olan hökmdən verilən şikayətə baxılıb.

APA-nın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və A. Aslanov barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, A. Aslanov külli miqdarda dələduzluqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR