İtkin düşmüş Mingəçevir sakini tapılıb - YENİLƏNİB

İtkin düşmüş Mingəçevir sakini tapılıb - YENİLƏNİB
# 07 iyun 2020 20:57 (UTC +04:00)

Ağdaş rayonunda itkin düşmüş Mingəçevir sakini tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Araz Bayramov Ağdaş rayonu ərazisindəki Tuqay meşəsi ətrafında tapılıb.

Artıq polisə də bu barədə məlumat verilib, axtarış dayandırılıb.

***

Saat 14:07

Mingəçevir sakini Ağdaşda itkin düşüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Qaraoğlan kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Bayramov Araz Zəkəriyyə oğlu dünən səhər saatlarında ata evindən çıxaraq bir daha geri qayıtmayıb. Yaxınları bu barədə polisə məlumat verib.

Onun iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR