Mingəçevir sakinindən odlu silah götürülüb

Mingəçevir sakinindən odlu silah götürülüb
  • Clock-gray 13:28
  • calendar-gray 19 Dekabr 2020

Mingəçevir sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Z.Qarayevin yaşadığı evə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin

Digər xəbərlər