Mingəçevirdə 30 yaşlı kişi 9-cu mərtəbədən düşərək ölüb

Mingəçevirdə 30 yaşlı kişi 9-cu mərtəbədən düşərək ölüb
# 18 dekabr 2020 12:52 (UTC +04:00)

Mingəçevirdə 30 yaşlı kişi 9-cu mərtəbədən düşərək ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 20 yanvar küçəsində baş verib. 1990-cı il təvəllüdlü şəhər sakini Salikov Kamil Xanoğlan oğlu 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb. Hadisənin ehtiyatsızlıq, yaxud özünəqəsd olduğu məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR