Mingəçevirdə "VAZ" markalı maşın oğurlanıb

Mingəçevirdə "VAZ" markalı maşın oğurlanıb
# 30 may 2020 14:12 (UTC +04:00)

Mingəçevirdə "VAZ" markalı maşın oğurlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində tikinti materiallarının satışı mərkəzinin yaxınlığındakı ərazidə baş verib.

Belə ki, sahibi "VAZ 2102" markalı minik maşınının saxladığı yerdən qaçırıldığını aşkar edərək Polis şöbəsinə məlumat verib. Hazırda maşının və onu qaçıran şəxsin ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR