Mingəçevirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO

Mingəçevirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO
# 08 dekabr 2019 20:39 (UTC +04:00)

Mingəçevirdə avtomobil aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospekltində, Yüksək Texnologiyalar Parkının qarşısında baş verib.

1991-ci il təvəllüdlü Abdullayev Vüqar Fidail oğlunun yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR