Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub

Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub
# 04 noyabr 2020 14:42 (UTC +04:00)

Mingəçevirdə avtomobil təmiri sexində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 100 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən birinin lambirindən ibarət tavanı 20 m² sahədə, içərisində təmirə dayanan “LADA” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Yüksək temperaturdan digər sexin lambirindən ibarət tavanı 8 m² sahədə qarsalanıb. Avtomobilin qalan hissəsi, bitişik sexlər və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR