Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb
# 13 dekabr 2019 01:18 (UTC +04:00)

Mingəçevirdə 28 yaşlı qadını avtomaşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, köhnə Doğum Evinin yaxınlığında baş verib.

“VAZ 2106” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü piyada — Umarova Ceyran Faiq qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR