Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 26 mart 2020 23:20 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektindən Xaldan şosesi istiqamətində qeydə alınıb.

“Mercedes” və “Nissan” markalı minik maşınları toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri şəkinin üzərinə çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü Əliyev Elman Azər oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR