Mingəçevirdə iki gün əvvəl yanıq xəsarətləri alan 91 yaşlı kişi ölüb

Mingəçevirdə iki gün əvvəl yanıq xəsarətləri alan 91 yaşlı kişi ölüb
  • Clock-gray 13:54
  • calendar-gray 03 Fevral 2020

Mingəçevirdə iki gün əvvəl yanıq xəsarətləri alan kişi ölüb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, iki gün əvvəl evində qaz sobasında yanaraq xəstəxanaya yerləşdirilən, 1929-cu il təvəllüdlü Məhərrəmov Qüdrət Qədir oğlu aldığı xəsarətdən bu gün dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə fevralın 1-də şəhərin Təbriz küçəsində qeydə alınıb. 91 yaşlı Q. Məhərrəmov qaz sobasının yanında qızınarkən ehtiyatsızlıqdan yanıb.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date