Mingəçevirdə intiharın qarşısı alınıb

Mingəçevirdə intiharın qarşısı alınıb
# 16 noyabr 2020 02:10 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR