Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb
# 13 iyul 2020 12:46 (UTC +04:00)

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR