Mingəçevirdə kişi dəm qazından zəhərlənib

Mingəçevirdə kişi dəm qazından zəhərlənib
# 21 fevral 2020 03:30 (UTC +04:00)

Mingəçevir sakini dəm qazından zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivindəki 7-ci küçədə yerləşən fərdi təsərrüfatlardan birində baş verib.

1989-cu il təvəllüdlü şəhər sakini Taleh Musayev vanna otağında dəm qazından zəhərlənərək ağır vəziyyətə düşüb.

T.Musayev xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR